Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Payız aylarında yaranan halsızlıq, yuxululuq və apatiya hər zaman mövsümi yorğunluqla bağlı olmaya bilər. Bu əlamətlər qalxanabənzər vəzin fəaliyyətində pozğunluq, xüsusilə hipotireozla əlaqəli ola bilər.
Bunu “İnvİtro”nun terapevti Yevgeni Kosmınin açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, qalxanabənzər vəz maddələr mübadiləsinə, sinir sisteminə və orqanizmin enerji səviyyəsinə təsir edən T3 və T4 hormonlarını ifraz edir. Bu hormonların çatışmazlığı davamlı yorğunluq, iş qabiliyyətinin azalması, yuxululuq və əhval-ruhiyyənin aşağı düşməsi ilə müşayiət oluna bilər.
Həkim bildirib ki, bu simptomlar bəzən payız aylarında müşahidə olunan adi halsızlıqla qarışdırılır. Buna görə uzun müddət davam edən və ya güclənən şikayətlər olduqda qalxanabənzər vəzin fəaliyyətinin qiymətləndirilməsi məqsədəuyğundur.
Kosmının hər il tireotrop hormonun (TSH) səviyyəsinin yoxlanılmasını tövsiyə edib. Bu göstəricidə dəyişiklik aşkarlandıqda həkim əlavə olaraq sərbəst tiroksin (T4), bəzi hallarda sərbəst T3 və tireoid peroksidazaya qarşı anticisimlərin (AT-TPO) analizini təyin edə bilər.
Qeyd edək ki, qalxanabənzər vəzin fəaliyyətində pozuntu yalnız mövsümi dəyişikliklərlə əlaqələndirilməməlidir. Uzunmüddətli halsızlıq və digər narahatedici əlamətlər zamanı səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bunu “İnvİtro”nun terapevti Yevgeni Kosmınin açıqlayıb.