Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Payız aylarında dərinin daha çox nəmləndirilməsinə diqqət etmək lazımdır.
Redaktor.az xəbər verir ki, dermatoloq və kosmetoloq İrina Kotovanın sözlərinə görə, bu mövsümdə dərini qurudan vasitələrdən istifadəni azaltmaq və daha nəmləndirici kremlərə üstünlük vermək məsləhətdir.
Mütəxəssis bildirib ki, yayda istifadə olunan spirt tərkibli toniklər, turşulu losyonlar və matlaşdırıcı maskalar payızda dərini daha da quruda bilər.
Kosmetoloq payızda sərt təmizləyici gellərdən uzaq durmağı və dərinin nəm balansını qorumağı tövsiyə edib. O, həmçinin günəş şüalarından qorunmaq üçün SPF vasitələrindən istifadəni davam etdirməyin vacib olduğunu qeyd edib.
Aytəkin TOFİQQIZI