Payızda hansı məhsullar bahalaşa bilər?

01.08.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün başa çatmasına az qalmış bazarlarda payız aylarında gözlənilən qiymət dəyişiklikləri yenidən müzakirə mövzusuna çevrilib.

Mütəxəssislər bildirirlər ki, mövsümi keçid, bəzi məhsullar üzrə təklifin azalması, idxal və logistika xərclərindəki dəyişikliklər, eləcə də daxili bazarda formalaşan tələb müəyyən məhsul qruplarında qiymət artımına səbəb ola bilər.

Bu isə istehlakçıların ailə büdcəsinə təsir göstərə biləcək əsas məsələlərdən biri hesab olunur. 

Bəs payız aylarında bahalaşma daha çox hansı məhsullarda gözlənilir? 

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, mövsümi qiymət artımlarına qarşı mübarizə hər zaman prioritetdir:

“Təbii ki, ay mövsümündə kənd təsərrüfatı məhsullarının həcmi çox olur. Bu da təklifi artırır. Nəticədə yay mövsümündə bir sıra kənd təsərrüfatı məhsullarının, xüsusən də tərəvəz məhsullarının qiyməti digər mövsümlərlə müqayisədə nisbətən ucuz olur. 

Mövsüm başa çatdıqdan sonra təklif azalır, tələbdə isə xüsusi dəyişiklik baş vermir. Bu da qiymətlərə təsir göstərir.Eyni zamanda, qiymətlərə təsir göstərən əsas amillərdən biri idxal inflyasiyasıdır. Çünki bu, birbaşa Azərbaycanın məhsul idxal etdiyi ölkələrdəki iqtisadi vəziyyətlə bağlıdır.

İran müharibəsi qlobal inflyasiyanın artmasına gətirib çıxarıb. Bu baxımdan, idxal inflyasiyasının təsirinin minimuma endirilməsi Azərbaycan üçün də əsas prioritetlərdən birinə çevrilib.

Ona görə də payız mövsümündə də idxal inflyasiyasının təsirinin minimuma endirilməsi, istehlak bazarında qiymət tarazlığının qorunması baxımından əsas hədəflərdən biri olaraq qalır.

Vətəndaşlarımızın ailə büdcəsinin planlaşdırılmasından istifadə etməsi vacibdir. Ailə büdcəsinin planlaşdırılması gəlirlərə uyğun xərclərin müəyyənləşdirilməsi, xərclərin prioritetliyə görə qruplaşdırılması kimi məsələləri əhatə edir”.

Deputat qeyd edib ki, bu kontekstdə inflyasiya səviyyəsi də nəzərə alınmaqla, gəlirlərə uyğun xərclərin planlaşdırılması, xüsusən də təhsil və səhiyyə ilə bağlı vacib xərclər daxil olmaqla ailə büdcəsinin düzgün qurulması məqsədəuyğundur.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: bahalaşma Vüqar Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью