Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, itburnu yüksək C vitamini ilə seçilir və immun sisteminin normal fəaliyyətini dəstəkləyir. Antioksidantlarla zəngin olan zoğal hüceyrələrin oksidləşdirici stresdən qorunmasına kömək edir. Qara gəndəlaş isə qrip əlamətlərinin yüngülləşdirilməsi ilə bağlı araşdırmalarda diqqət çəkir. Bu meyvə çiy halda deyil, bişirilərək istehlak edilməlidir.
Dağ çiyələyi lif və antioksidantlarla zəngindir. Yemişan ürək-damar sağlamlığı ilə əlaqəli xüsusiyyətlərinə görə tanınır. Hünnap yuxu keyfiyyətinə mümkün təsirləri ilə diqqət çəkir, yabanı armud isə lif tərkibi sayəsində həzm sisteminin fəaliyyətini dəstəkləyə bilər.
Mütəxəssislər mövsümi meyvələrin müxtəlif və balanslı qidalanmanın bir hissəsi kimi istehlakını tövsiyə edirlər. Bununla belə, bu meyvələr xəstəliklərin qarşısını almağa və ya onları müalicə etməyə zəmanət vermir.
Aysel Muxtar