Payızda immuniteti gücləndirməyin yolları

17.11.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Havaların soyuması, günəşli günlərin azalması və mövsüm dəyişiklikləri orqanizmin müdafiə sisteminə təsir göstərə bilər. Payız və qış aylarında soyuqdəymə və digər infeksiyalara yoluxma riskinin artması immunitetin qorunmasını daha da aktuallaşdırır.

Axşam.az xəbər verir ki, bu dövrdə düzgün qidalanmaq, vitamin balansını qorumaq və gündəlik vərdişlərə diqqət etmək vacibdir.

İmmunitetin normal fəaliyyəti üçün C və D vitaminlərinin xüsusi əhəmiyyəti var.

C vitamini ilə zəngin qidalar qəbul edin

C vitamini immun sisteminin normal fəaliyyətini dəstəkləyir, hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Orqanizmin bu vitaminə olan ehtiyacını qarşılamaq üçün portağal, limon, kivi, çiyələk, bolqar bibəri, brokoli və göyərtilərdən istifadə etmək olar.

C vitamininin müntəzəm qəbulu sağlamlıq üçün vacib olsa da, onun yüksək dozada qəbul edilməsi soyuqdəymənin qarşısını tam almır.

D vitamini səviyyəsini yoxladın

Günəş işığının azalması payız və qış aylarında D vitamini səviyyəsinin aşağı düşməsi ehtimalını artırır. Bu vitamin immun hüceyrələrinin normal fəaliyyəti ilə yanaşı, sümük və əzələ sağlamlığı üçün də əhəmiyyətlidir.

D vitamini çatışmazlığını müəyyənləşdirmək üçün qan analizi vermək mümkündür. Əgər çatışmazlıq aşkarlanarsa, həkim məsləhəti ilə uyğun dozada vitamin əlavəsi qəbul edilə bilər. Özbaşına yüksək dozalı preparatlardan istifadə etmək düzgün deyil.

Zülal və faydalı yağları unutmayın

İmmunitet sisteminin normal işləməsi üçün zülal, sink, dəmir və digər mikroelementlər də vacibdir. Balıq, yumurta, ət, paxlalılar, qoz-fındıq və süd məhsulları gündəlik qidalanmada yer almalıdır. Müxtəlif və balanslı qidalanma orqanizmin ehtiyac duyduğu maddələri təmin etməyə kömək edir.

Yuxu rejiminə diqqət edin

Keyfiyyətli yuxu immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Yetkin insanların əksəriyyətinə gecə 7-9 saat yatmaq tövsiyə olunur. Yuxu rejiminin pozulması və uzunmüddətli yuxusuzluq orqanizmin müdafiə mexanizmlərinə mənfi təsir göstərə bilər.

Fiziki aktivliyi azaldmayın

Havaların soyuması hərəkətsiz qalmaq üçün səbəb olmamalıdır. Gündəlik gəzinti, yüngül idman və açıq havada fiziki aktivlik ümumi sağlamlığı dəstəkləyir. Hava şəraitinə uyğun geyinmək və hərəkəti gündəlik vərdişə çevirmək faydalıdır.

Su qəbulunu unutmayın

Soyuq havalarda susuzluq hissi azalsa da, orqanizmin mayeyə olan ehtiyacı davam edir. Gün ərzində kifayət qədər su içmək, tərəvəz və meyvələrə üstünlük vermək vacibdir.

Payız mövsümündə immuniteti qorumağın əsas yolu təkcə vitamin əlavələrindən istifadə etmək deyil. Balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və sağlam həyat tərzi orqanizmin müdafiə sisteminin normal fəaliyyətinə kömək edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью