Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
2026-2027 mövsümündə ölkələrdə üç əsas mövsümi qrip variantının yayılacağı gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Ruslan Bazayev danışıb.
Həkim izah edib ki, qarşıdan gələn qrip mövsümündə qrip peyvəndi formulalarının tam yenilənməsi lazım olacaq. Bazayev ciddi bir epidemiya gözləmədiyini açıqlayıb. Onun sözlərinə görə, yayılacağı gözlənilən qrip virusun yeni növləri deyil, lakin bəziləri yenilənmiş variantları ehtiva edir.
Həkimin sözlərinə görə, A(H1N1)pdm09 variantı ayrıca müəyyən edilir:
“Çünki bu ştam əsasən risk qrupuna daxil olan insanlarda xəstəliyin daha ağır gedişatına səbəb olur”.
Məlumat üçün bildirək ki, A(H1N1)pdm09, A qrip virusunun alt növüdür.
Mütəxəssislərin fikrinə görə, A(H1N1)pdm09 asanlıqla insandan insana ötürülür və müxtəlif dərəcədə tənəffüs yolları xəstəliklərinə səbəb olur. Xəstəliyin şiddəti bir sıra amillərdən, o cümlədən fərdin ümumi sağlamlığından və yaşından asılıdır.
A(H3N2) qrip A virusunun alt tipinin təyinatıdır. O, daha çox "Honq Konq qripi" adlandırılır.
B/Viktoriya qrip B viruslarının iki əsas genetik (antigenik) nəslindən birinin təyinatıdır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin