Payızda soyuqdəymədən qorunmağın 4 sadə yolu

04.10.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Payızda edilə biləcək ən sadə və effektiv şey - orqanizmin tələb etdiyi qədər yatmaq və mövcud olan bütün mövsümi tərəvəz, meyvə və giləmeyvələri məhdudiyyətsiz yeməkdir".

Ölkə.az "HuffPost"a istinadla xəbər verir ki, bu barədə əczaçı Amir Bxogal danışıb.

Mütəxəssisin fikrincə, bu, orqanizmi hüceyrələrin bərpası və infeksiyalara qarşı həssaslığın azalması üçün lazım olan bütün vitamin və minerallarla təmin etməyə kömək edəcək

Bundan başqa, ekspert evdə daha tez-tez təmizlik aparmağı və ofisdə iş masasını silməyi tövsiyə edib. O bildirib ki, viruslar açıq mühitdə 24–48 saatadək yaşaya bilər, buna görə də toz və çirk yoluxmanın ciddi mənbələridir.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью