Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI

02.11.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payız aylarında soyuq havada idmanla məşğul olarkən ürək sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, tibb elmləri namizədi Elvira Xaçirova idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmə hərəkətləri etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, isinmə zamanı nəbz tədricən artırılmalıdır. Bu, stenokardiya tutması, ürək ritminin pozulması və hipertenziv kriz riskini azaltmağa kömək edir.

Həkim soyuq havada ən təhlükəsiz fiziki fəaliyyət növləri kimi sürətli yerişi, hovuzda üzməyi, xizək sürməyi qeyd edib.

Xaçirova məşq zamanı sinədə ağrı və ya narahatlıq, soyuq tər və ürək döyüntüsündə pozulma hiss edildikdə idmanı dərhal dayandırmağın vacib olduğunu vurğulayıb.

O, həmçinin soyuq havada qat-qat geyinməyi və idman üçün günün əsasən günorta saatlarını seçməyi məsləhət görüb.

Qeyd edək ki, mütəxəssislər xüsusilə payız və qış aylarında fiziki aktivlik zamanı ürək-damar sağlamlığına diqqət yetirməyin vacibliyini bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью