Payızda yay havası Sabahın PROQNOZU

13.10.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, Nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью