Payızda yay hərarəti: Məhsuldarlığa necə təsir göstərir?

27.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Adətən noyabr ayında havalar soyuyar, yağış, bəzən hətta qar yağardı.

Amma bu il havaların gözləniləndən daha mülayim keçməsi kənd təsərrüfatı sahəsində həm narahatlıq, həm də müxtəlif gözləntilər yaradıb. 

Temperaturun gözləniləndən yüksək olması və yağıntıların azalması məhsuldarlığa müxtəlif təsirlər göstərə bilər, bəzi bitkilərin yetişməsi gecikə, bəzi sahələrdə isə məhsul itkiləri baş verə bilər.

Maraqlıdır, payız fəsilində havaların mülayim keçməsi məhsuldarlığa necə təsir edəcək?

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Cebheinfo.az”-a bildirib ki, mövcud hava şəraitinin kənd təsərrüfatına əsas iki istiqamətdən təsiri var:

“Yağıntıların az olması pambıq yığımının daha sürətli aparılmasına imkan verir, bu, müsbət haldır. Dəmyə əkinçilik üçün atmosfer yağıntılarının azalması mənfi təsirə malikdir. 

Amma payızlıq əkinlər dekabrın sonlarına qədər davam edir, dekabrda yağıntıların mövsüm norması səviyyəsində olması proqnozlaşdırılır. 

Bu səbəbdən gələn ay yağıntıların miqdarının artması səpin prosesini vaxtında yekunlaşdırmağa imkan verəcək”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью