Payızı tətilindən sonra ilk dərs günü nə vaxtdır?

07.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью