Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir. Suriyada 53 illik Əsəd rejimi süqut etdi.
1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Hafiz Əsədin qurduğu avtoritar sistem “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar tərəfindən devrildi.
Bəşər Əsəd isə ailəsi ilə birlikdə Rusiyaya sığınmaq məcburiyyətində qaldı.
Əsəd rejiminin devrilməsi 2010-cu il dekabrın 18-də Tunisdə mərkəzi hakimiyyətə qarşı başlayan və “Ərəb baharı” kimi tanınan etiraz dalğasının son mərhələsini tamamladı.
Tunisdən başlayan proses qısa müddətdə Əlcəzair, Misir, Liviya və digər ərəb ölkələrinə yayılsa da, Suriyada sərt müqavimətlə qarşılaşdı.
B.Əsəd 2024-cü ilə qədər hakimiyyətini qorumağı bacardı, lakin nəticədə dəyişən şərtlərə tab gətirə bilmədi.
Əsəd rejiminin devrilməsini bir sıra səbəblərlə xarakterizə etmək olar: Birincisi, beynəlxalq geosiyasi vəziyyət hazırda sabit deyil.
Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Kremlin başının qarışıq olması, İranda sosial iqtisadi vəziyyətin yaxşı olmaması İsrail ilə gərginliyin davam etməsi, İsrailin Əsədə bəlkə də ən çox dəstək verəcək “Hizbullah”ı yorub zəiflətməsi, ABŞ-da Co Bayden hakimiyyətinin sonlanması və Donald Trampın hakimiyyətə gəlişi və s.