Payızın ən faydalı qidaları hansılardır?

22.10.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payız süfrələrinin sevilən məhsullarından olan balqabaq beta-karotin və liflə zəngindir. Antioksidantlarla zəngin olan nar payız süfrələrinin ən dəyərli meyvələrindəndir. Alma isə lif mənbəyi kimi gündəlik qidalanmanın vacib hissəsidir.
Payız aylarında kələm və digər mövsümi tərəvəzlər də qida rasionunda xüsusi yer tutur. Müxtəlif vitamin və minerallarla zəngin olan bu məhsullar qidalanmanın çeşidliliyini artırır. Qoz isə faydalı yağlar və minerallarla zəngin olduğu üçün balanslı qidalanmada arzu olunandır.
“Unutmayaq ki, balanslı qidalanma, mövsümi məhsullara üstünlük verilməsi, eləcə də qidaların keyfiyyətinə və təhlükəsizliyinə diqqət yetirilməsi sağlam həyat tərzinin əsas şərtlərindəndir”, - deyə məlumatda vurğulanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью