Payızın ən faydalı tərəvəzləri açıqlanıb

01.10.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Payız aylarında çuğundur, balqabaq, kök və müxtəlif kələm növlərini qida rasionuna daxil etmək tövsiyə olunur.

BAKU.WS xəbər verir ki, rusiyalı dietoloq Tatyana Zalеtova bu tərəvəzlərin orqanizm üçün faydalı maddələrlə zəngin olduğunu bildirib.

Onun sözlərinə görə, balqabaq və kök beta-karotinlə zəngindir və bu maddə orqanizmdə A vitamininə çevrilir. Kələm və brokkoli isə lif, C vitamini və folatlarla zəngindir.

Pomidor likopen mənbəyidir. Mütəxəssis qeyd edib ki, likopen bişmiş pomidordan və az miqdarda yağla birlikdə daha yaxşı mənimsənilir.

Çuğundurun tərkibindəki təbii nitratlar isə qan təzyiqinin müəyyən qədər azalmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью