Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Noyabrın 6-sı səhər saatlarında ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Dağlıq ərazilərdə qarın hündürlüyü 15 santimetrə, bəzi rayonlarda isə yağıntının miqdarı 39 millimetrə çatıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 6-sı saat 09:00-a olan faktiki hava şəraiti haqqında məlumatında bildirilib.
Qeyd olunub ki, ölkənin ayrı-ayrı yerlərində yağıntılar leysan xarakterli intensiv və güclü olub. Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar və Şahbuz rayonunun Biçənək və Kükü kəndlərinə qar yağıb. pizza mizza
Qar örtüyünün hündürlüyü Xınalıq və Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda isə 1 santimetr qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında da yağıntı müşahidə olunub. Belə ki, Bakıda 6, Maştağada 5, Binə, Ələt və Sumqayıtda 3 millimetr yağıntı düşüb.
Respublikanın digər ərazilərində ən çox yağıntı Astara (39 mm), Şamaxı (24 mm), Quba (19 mm), Lənkəran, Ağdam və Beyləqanda (18 mm) qeydə alınıb.
Bundan başqa, Zərdab və Altıağacda 17, Qobustan, Kürdəmir və Qaxın Sarıbaş kəndində 16, Saatlıda 15, Sabirabad və Gədəbəydə 14, Göyçayda 13, Qəbələ və Tovuzda 12, İmişli və Tərtərdə 11, Bərdə və İsmayıllıda 10 millimetr yağıntı düşüb. Digər rayonlarda yağıntının miqdarı 1-9 millimetr arasında dəyişib.
Məlumatda, həmçinin bildirilib ki, noyabrın 5-də bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə isə saniyədə 16 metrədək güclənib.
Hazırda Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Sabirabad, İmişli və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.