Payızqış fəslində immuniteti gücləndirmək üçün nə etməli? Mütəxəssisdən TÖVSİYƏLƏR | Icma.…
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Payız-qış fəslində immuniteti gücləndirən qidalardan istifadə etmək vacibdir.
Məlumdur ki, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır.
Mütəxəssislər bildirirlər ki, havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaların qəbulu məqsədəuyğundur.
İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmadır.
Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər.
Payız-qış mövsümündə immuniteti gücləndirən qidalarla bağlı “Sherg.az”a danışan həkim-dietoloq Şəfa Yadigarova bildirib ki, qida rasionuna sarı-narıncı tərəvəzləri əlavə etmək vacibdir.
Dietoloq qeyd edib ki, portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü və qovun kimi qidalarının qəbulu payız-qış mövsümündə xüsusilə önəmlidir: “Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir.
Tam oxu
Xəbəri oxu