Paylaşdığı görüntülər Gürcüstanda çəkilibmiş Ərdoğana yanlış kadrlar verilib? VİDEO

26.03.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tayyib Ərdoğan AKP qrup toplantısında Saraçhanədə baş verən etirazlarla bağlı 5 dəqiqəlik videoçarx nümayiş etdirib. 

Gununsesi.info xəbər verir ki, sonradan aparılan araşdırma zamanı  həmin 5 dəqiqəlik videodakı bəzi kadrların Türkiyədə deyil, Gürcüstandakı son aksiyalar zamanı çəkildiyi məlum olub.

Həmin video Ərdoğanın “X” rəsmi hesabından paylaşılıb. Amma məlum olub ki, videonun 04.15-04.21 saniyə arası hissəsində Gürcüstanda baş verən etiraz aksiyalarından görüntülər yer alıb. Bu görüntülərdə polislə etirazçılar arasında qarşıdurma əks olunub.  Sözügedən postun 2024-cü ilə aid olduğu və videonun Türkiyədə çəkilmədiyi bəlli olub.

Həmin videonu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью