Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dələduzluqda təqsirləndirilən, "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Məleykə Həsənova bildirib ki, Nərimanov rayon 16 nömrəli poliklinikada tibb bacısı işləyir: "Mənim və oğlumla olan şəklimi TikTokda paylaşmışdılar.
Altına çox pis ifadələr yazılmışdı. Orada nömrə qoyulmuşdu. Zəng etdik ki, bu paylaşımı silin yoxsa qanun qarşısında cavab verməli olacaqsız
O isə dedi ki, qanun özü elə mənəm. Yoldaşım bununla polisə şikayət ərizəsi yazdı.
Nazim ilk olaraq bu paylaşımı silmək üçün məndən 10 min istədi və 7 min manat üzərində dayandıq. Kart atdı və biz o pulu göndərdik".
Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib. Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla M
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə