Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Xeyir əməlin dəyəri ölçülməz...
Öz mənfəətindən kənara çıxıb başqalarının dərdinə şərik olmaq, ehtiyacı olanların əlindən tutmaq, kimsəsizlərə dayaq olmaq hər kəsə xas olan xüsusiyyət deyil.
Xeyriyyəçilik sadəcə, “pul vermək” mənasına gəlmir, həm də insanlığın ən saf, ən uca pillələrindən biridir.
Hər bir xeyriyyəçi bilir ki, bir uşaq təbəssüm edəndə, bir ailə ümid tapanda və ya bir xəstə sağalanda sadəcə, maddi yardım etmir, həm də insanlıq bağlarını möhkəmləndirir...
Hər il sentyabrın 5-i dünya Beynəlxalq Xeyriyyəçilik Gününü qeyd edir.
Bu gün təkcə ehtiyacı olanlara əl uzatmaq üçün deyil, həm də insanlığın ən uca dəyərlərini xatırlatmaq üçün bir fürsətdir.
Mərhəmət, paylaşmaq və başqasının dərdinə şərik olmaq - bu günün əsas mesajıdır. Ölkəmizdə xeyriyyəçilik tarixən çox güclü olub.
19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində bir sıra böyük xeyriyyəçilər yetişmişdi.