“PayPal” Azərbaycanda tam işləyəcək

24.11.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az-ın xəbərinə görə, bununla bağlı məlumat Mərkəzi Bankın sədri Taleh Kazımovun  informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ekspertlərlə görüşü zamanı verilib.

Bildirilib ki, hazırda “PayPal”ın Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı beynəlxalq tərəfdaşlarla birgə işlər aparılır.

Ödəniş platformasının tam fəaliyyətə başlayacağı tarix isə açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanda “PayPal” üzrə açılan hesablardan yalnız onlayn alış-veriş və ödənişlər üçün istifadə etmək mümkündür, lakin vəsait qəbul etmək və platformadan yerli bank hesablarına və kartlara köçürmə etmək mümkün deyil.

Könül Vəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью