Paytaxt bazarlarında ət bahalaşıbmı? AÇIQLAMA | Icma.az
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün mətbuatda mal ətinin bahalaşması ilə bağlı xəbərlər yayıldı.
Qeyd olunur ki, əvvəl 19-20 manata satılan sümüksüz ət indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manata qalxıb.
Xəbərdə bahalaşmanın səbəbi kimi, bazara çıxarılan heyvanların sayının azalması göstərilir.
Satıcıların sözlərinə əsasən bildirilir ki, bazarlarda qoyun ətinin kiloqramı 21 manatdır.
Sitat.info olaraq, ət satışı həyata keçirən sahibkarlarla əlaqə saxladıq.
Bildirdilər ki, istər rayonda, istərsə də paytaxt Bakıda ət bahalaşmayıb: "İllərdir ki, bu işlə məşğuluq.
Nizami rayonu ərazisində fəaliyyət göstərən bir neçə qəssabxanaya ət veririk. Bu il ətin qiyməti bahalaşıb, bu hamıya bəllidir.
Ancaq bu günlərdə bahalaşma olmayıb. Hazırda erkək dana ətinin kiloqramı 17 manatdır, sümüksüz əti 21 manata satırıq.
Tam oxu
Xəbəri oxu