Paytaxt əhalisi 10 ayda bu qədər xərcləyib | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. 2024-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yan
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16008,8 milyon manat təşkil edib.
Qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12233,7 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu