Paytaxt əhalisi bu il 25 milyard xərcləyib

04.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq  14219,8  milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə  8,4 faiz artaraq 10729,3  milyon manat təşkil edib.


İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью