Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu barədə AzVision.az -a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin 8 ayı ilə müqayisədə 4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 % artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 % artaraq 10 milyard 598,8 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 % artıb.
İstehlak məhsullarının 38,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 % artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 % artaraq 10 milyard 598,8 milyon manat olub.