Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb

30.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Rayon ərazisində yerləşən evlərin birindən 4400 manat dəyərində noutbuk və digər əşyalar talanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Səlimov müəyyən olunaraq saxlanılıb. Bundan başqa, Səbail rayonu ərazisində 1000 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən M.Cəfərov və Xəzər rayonunda elektrik naqillərini talamaqda şübhəli bilinən B.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью