Paytaxt klubu kapitana “göz dikdi”

09.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Yuventus”un futbolçusu Manuel Lokatelli karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Madrid klubunun əsas hədəfi “Mançester Siti”dən Rodri idi. Lakin ispan futbolçu “kral klubu”na “yox” dediyi üçün prioritet Lokatelli olub.

“Real” yaxın zamanda Turin klubu ilə danışıqlara başlayacaq.

“Yuventus” bir müddət öncə Lokatellinin müqaviləsii 2030-cu ilin yayına kimi artırıb. 28 yaşlı futbolçu “qoca sinyora”da ümumilikdə 230 oyuna çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью