Paytaxt klubu Premyer Liqa üçün hərəkətə keçdi

17.03.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan I Liqasında mübarizə aparan “Baku Sportinq” komandası Premyer Liqaya çıxmaq niyyətindədi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi bununla bağlı AFFA ilə təmasa keçib. Bakı klubu növbəti mövsüm elitaya vəsiqə qazanmaq üçün cəhdlər edir. 

Hazırda komandanın əsas problemlərindən biri stadiondu. Ev oyunlarını Binə qəsəbə stadionunda keçirən “Baku Sportinq” arenanı dəyişməyə də hazırdı. 

Stadion Premyer Liqa üçün yararlı olmadığı üçün Bakı klubu şəhərdə yerləşən arenalardan birini icarəyə götürməyi düşünür.

Xatırladaq ki, mövsümün sonunda I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью