Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa Liqasının qalibi olan “Tottenhem”i bir neçə oyunçu tərk edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu dörd futbolçu ilə yolları ayırıb.
London təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, Freyzer Forster, Serxio Regilon, Alfie Vitemanın müddəti başa çatan müqaviləsi yenilənməyib. İcarə əsasında komandada çıxış edən Timo Verner isə müqavilə ilə məxsus olduğu “Leyptsiq”ə qayıdıb.
Xatırladaq ki, “Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”ə 1:0 hesabıyla qalib gələrək turnirin çempionu olub.