Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“LANDAU Lions” basketbol klubu amerikalı pleymeyker Cordan Perkinsin transferini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı basketbolçu 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında “Naxçıvan”ın (əvvəlki “Xəzri”) şərəfini qoruyub və mövsümü məhsuldar ötürmə göstəricisinə görə birinci pillədə tamamlayıb.
Bu keçidlə “LANDAU Lions”ın yeni mövsümöncəsi heyətinə qatdığı əcnəbi basketbolçuların sayı 2-yə yüksəlib. Paytaxt klubu daha öncə Edvard Polaytı rənglərinə bağlamışdı. Bundan başqa, komanda Orelik Gediminas, Ceyms Freyzer və De Ondre Ceksonla da mövcud müqavilələrin müddətini uzadıb.