Paytaxt klubunda transfer bitmir yeni mövsümə iddialı heyət qurulur

25.04.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan II Liqa klubu “Şəfa” heyətinə daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, I Liqaya vəsiqəni təmin edən Bakı klubu Mehrac Baxşalını transfer etmək istəyir. İcarə əsasında “Mingəçevir”də forma geyinən futbolçu yayda “Şəfa”ya keçə bilər. Klub rəhbərliyi Mehraca sərfəli təklif göndərib. 

Baxşalı müqavilə ilə “Qəbələ”yə məxsusdur. Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “qırmızı-qaralar” oyunçunu heyətdə düşünmür. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью