Paytaxt klubunda yeni futbolçu

28.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Roma” heyətinə yeni futbolçu cəlb edib.

Paytaxt klubu “Ayaks”dan 22 yaşlı sağ cinah müdafiəçisi Devine Renşi transfer edib. Niderlandlı futbolçu İtaliya klubunda “2” nömrəli formanı geyəcək. “Roma” bu keçid üçün “Ayaks”a 5 milyon avro ödəyib.
Renş “Ayaks”da 2016-cı ildən oynayırdı. Gənc futbolçu bu komanda ilə bütün turnirlərdə 156 matç keçirib, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью