Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
Azərbaycan II Liqa təmsilçisi “Şəfa” heyətini gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu “Şahdağ Qusar”dan Ruslan Hacıyevlə anlaşıb. “Səbail”in sabiq üzvü artıq “Şəfa”da çıxış edəcək.
Hacıyevin Qusar klubu ilə mövsüm sonuna qədər müqaviləsi olsa da, rəhbərlər arasındakı yaxın münasibət transferin gerçəkləşməsindən önəmli rol oynayıb. Ancaq bununla belə, “Şəfa” futbolçu üçün qarşı tərəfə 10 min manat ödəyəcək.
Xatırladaq ki, iki komanda II Liqada çempionluq mübarizəsi aparır. Qusar klubu turnir cədvəlində birinci, “Şəfa” isə ikinci sırara qərarlaşıb.