Paytaxt klubunun prezidenti seçildi

09.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antuan Arno Fransa təmsilçisi “Paris”in yeni prezidenti seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı fransalı biznesmen bu vəzifədə 2012-ci ildən rəhbərlik edən və komandanı 3-cü diviziondan Liqa 1-ə çıxaran Pyer Ferraççini əvəz edib. LVMH holdinqinin rəhbəri Bernar Arnonun böyük oğlu olan Antuan Arno 2024-cü ildə “Agache Sport” və “Red Bull”un klubun nəzarət səhmlər zərfini almasından sonra direktorlar şurasına daxil olmuşdu.

Qeyd edək ki, “Paris” Fransa Liqa 1-də 12 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью