Paytaxt klubunun yeni transferi müqaviləsini ləğv etdi, bölgə komandasına üz tutdu

19.08.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Qəbələ”nin hücumçusu Sənan Ağalarov icarə əsasında keçdiyi “Baku Sportinq”dən ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, gənc forvard bir neçə gün öncə anlaşdığı Bakı klubu ilə müqaviləni pozub. Oyunçu əsas heyət üzvü olmadığı üçün bu addımı atıb.

O, daha çox forma şansı qazanmaq istədiyini məşqçilər heyətinə bildirərək, komanda ilə qarşılıqlı olaraq müqaviləni ləğv edib.

Ağalarovun yeni klubu da bəllidir. O, “Şahdağ Qusar”la anlaşıb.

Futbolçu mövsüm sonuna qədər bölgə təmsilçisində çıxış edəcək.

Xatırladaq ki, hücumçu ötən mövsümü “Araz Naxçıvan”da keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью