Paytaxt komandaları ASCO Arena da qarşılaşır

14.08.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti mövsüm 1-ci Liqada çıxış edəcək "Səbail" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu bu gün keçirəcək.

Məlumatı Fanat.Az-a "dənizçilər"in baş məşqçisi Elvin Məmmədov çatdırıb.

"Baku Sportinq"lə oyun Bayılda baş tutacaq. "ASCO Arena"da keçiriləcək qarşıolaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

On gündür məşqlərə başlayan Bayıl təmsilçisi buna qədər 2 sınaq matçı keçirib. Məmmədovun komandası "Xudat"ı 1:0, "Xankəndi"ni isə 2:1 hesabı ilə üstələyib. 

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən və ötən mövsüm sonuncu yeri tutan "Səbail" 8 ildən sonra 1-ci Liqaya yuvarlanıb. 

Mirağa  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью