Icma.az, Avtosfer portalına istinadən məlumat verir. "Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsinin dövlə
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
"Əlavə olaraq bildirim ki, həmin sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək", - deyə T.Nəsirli bildirib.
*** Metronun "Əhmədli" stansiyasının yaxınlığında sakinlər avtobus problemindən əziyyət çəkirlər.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşların iddiasına görə, sözügedən ərazidə saat 22:00-dan etibarən hər hansı avtobus tapmaq müşkülə çevrilib.
Axşam saatlarında avtobusların olmamasından isə "1 manatlıq" taksi sürücüləri istifadə edirlər.
Həmin taksilər arasında elə avtomobillər var ki, onların hətta dövlət qeydiyyat nişanı da yoxdur.