Paytaxt sakini avtomobildə ürək çatışmazlığından öldü

27.12.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakı sakini ürək çatışmazlığından avtomobildə dünyasını dəyişib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 20:30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki "Atəşgah dairəsi"ndə baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəsul Oruc oğlu Əliyevin avtomobildə qəfil ürək çatışmazlığından halı pisləşib. O, yaxınları tərəfindən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun artıq öldüyü məlum olub.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью