Paytaxt sakini qanunsuz saxladığı silah sursatı polisə təhvil verdi

17.03.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Nərimanov rayonu ərazisində yerləşən binaların birindən 1 avtomat silahı tapılaraq götürülüb. Həmçinin 40 yaşlı paytaxt sakini 1 avtomat silahı, 1 patron darağı və 30 patronu könüllü olaraq polisə təhvil verib. 

Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью