Paytaxt sakini: “Yeni qərar uşaq muşağın moped sürməsinin qabağını alacaq” SORĞU VİDEO | I…
Icma.az bildirir, Avtosfer portalına istinadən. Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması və moped nəqliyyat vasitə
Bu o deməkdir ki, bundan sonra moped sürmək üçün imtahan verib sürücülük vəsiqəsi almaq lazım gələcək.
Ardınca isə mopedi dövlət qeydiyyatına aldırmaq lazım gələcək ki, bununla da həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişanı veriləcək.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanıb.
Qanun layihəsinin məqsədi, mopedlərin istismar qaydalarını daha dəqiq tənzimləmək, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıq səviyyəsini artırmaq, eləcə də yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir.
Yanvar ayından etibarən qüvvəyə minəcəyi ehtimal edilən qanunla bağlı paytaxt sakinləri fərqli fikirdədirlər.
Onların bir qismi qərarın yerinə düşdüyünü bildirsə də, digər qismi müəyyən çətinlikləri yaradacağını düşünür.
Paytaxtdakı sorğumuzda həm piyadaların, həm avtomobil idarəçilərinin həm də elə moped sürücülərinin bu təklif haqqında fikirlərini öyrəndik: Fidan Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu