Paytaxt sakinindən hədə qorxu ilə pul tələb edən şəxs saxlanıldı

16.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-dən "Unikal"a verilən məlumata görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.  Cinayəti törədən şəxs - 18 yaşlı S.Təhməzov saxlanılıb. 

Araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью