Paytaxt sakininin telefonunu əlindən alanlar saxlanıldı Video

26.01.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.
“Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib. Araşdırma aparılır”, - məlumatda deyilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью