Icma.az, Yenisabah saytına istinadən bildirir.
Bakıda dumanlı hava şəraiti müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində duman müşahidə olunur. Buna səbəb gecə saatlarında yerüstü hava təbəqəsində səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. pizza sifarişi
Qeyd edək ki, il ərzində dumanlı günlərə daha çox dekabr, yanvar, fevral, mart və aprel aylarında təsadüf olunur. May-oktyabr aylarında dumanlı günlərin sayında müəyyən azalma qeydə alınsa da, noyabrdan etibarən bu göstərici tədricən artmağa başlayır.