Paytaxt sakinlərindən narkotik vasitə aşkar edildi

23.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Suraxanı və Xətai rayonları ərazisində iki nəfərdə narkotik vasitə olması barədə polisə əməliyyat məlumatı daxil olub.

Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 35 yaşlı X.Osmanov və 32 yaşlı Q.Əliyev saxlanılıblar. Onların üzərinə baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью