Paytaxt sakinlərinə SEVİNDİRİCİ XƏBƏR: noyabrın 18dən... RƏSMİ

17.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Noyabrın 18-dən daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa ediləcək.

Moderator.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli xətt üzrə hərəkət edən marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Xatırladaq ki, noyabrın 18-dən həm də 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemlərinin bərpa ediləcəyi ilə bağlı qurum açıqlama vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью