Paytaxt yolları buz bağladı FOTOLAR

09.02.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Magistral yollarda və paytaxtın bir çox küçə və prospektlərində hazırda buzlanma müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.

"Əziz sürücülər! Yolun hansı hissələrinin daha çox buzlu və ya sürüşkən ola biləcəyini (kölgəli yerlər, körpülər, yamaclar) nəzərə alın. Buzlu yollarda tormoz məsafəsi artır, buna görə də sürəti azaltmaq vacibdir. Eyni zamanda öndəki avtomobillərlə aranızda məsafəni artırın”, - R.Tağıyev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью