Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət göstərdiyi prospekt və yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib. Gecə və səhər saatlarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb.
Nəticədə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı ciddi problem müşahidə olunmayıb, təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib.
Hazırda AAYDA-nın bütün yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə davam edir.
Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.