Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Dünəndən etibarən paytaxtda yağışlı hava müşahidə olunur.
Yağışın yağması Bakıda şəhər infrastrukturuna və hərəkətə birbaşa təsir edir.
Yollarda su yığılır, palçıq və sel binaların, parkların və ictimai yerlərin istifadəsini çətinləşdirir.
Nəqliyyat sahəsində isə sürücülər üçün əlavə təhlükə yaranır, hərəkət ləngiyir, tıxaclar artır və ictimai nəqliyyat gecikir.
Beləliklə, yağış yalnız təbiət hadisəsi deyil, həm də şəhər həyatında ciddi çətinliklər yaradan faktordur.
Bəs görəsən şəhərsalma baxımından bu cür vəziyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə əlaqədar memar Elçin Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərsalma istiqamətində bir çox işlər vaxtında görülməyib: “Güclü yağışlara qarşı şəhərsalma tədbirləri mühəndislik, planlaşdırma və ekoloji yanaşmaların birləşməsindən ibarət olmalıdır.
Məqsəd şəhərdə daşqın, suyun yığılması və yağış nəticəsində infrastrukturun zədələnməsi riskini azaltmaqdır.