Icma.az bildirir, 525.az portalına istinadən.
"Bu gün ölkə əhalisinin çox hissəsinin paytaxta axınının başlıca səbəbi iqtisadi fürsətlərin, pul qazanmaq imkanlarının Bakıda olmasıdır".
Bu fikirləri 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, paytaxtda karyera qurmaq imkanları bölgələrə nisbətən daha rahatdır, ona görə də hamı Bakıya üz tutur:
“Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə idarəetmə forması ilə bağlı problemlərin aradan qaldırılmalı, yeni idarəetmə formaları tətbiq edilməli, inzibati ərazi vahidləri dəyişdirilməlidir ".
Sevinc Qarayeva