Paytaxta yağan dolunun ölçüsü məlum oldu

26.05.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью