Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda 2 bıçaqlanma hadisəsi qeydə alınıb.
Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, hadisənin biri Xətai rayonunda, Polad Həşimov küçəsində baş verib.
1983-cü il təvəllüdlü Tofiq Musayev qonşusu ilə dava zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Digər hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1936-ci il təvəllüdlü Emin Nəsibov evdə özünə bıçaqla xəsarət yetirib.
Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hər 2 faktla bağlı araşdırma aparılır.